EN

FİFA prezidenti Meksikada yaşananlara münasibət bildirdi

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

FİFA prezidenti Canni İnfantino ölkədəki gərgin vəziyyət fonunda bu yay təşkil olunacaq dünya çempionatının oyunlarının Meksikada keçirilməməsi ehtimalı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bununla bağlı "AS" nəşrinə açıqlama verib:

"Vəziyyət sakitdir, hazırda hər şey normaldır. Ümumilikdə, hər şey problemsiz getməlidir".

Xatırladaq ki, fevral 24-də Meksika Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində ölkənin ən böyük narkotik kartellərindən biri olan "Xalisko Yeni Nəsil" (CJNG) təşkilatının lideri, "El Menço" ləqəbi kimi tanınan Nemesio Oseguera öldürülüb. Bundan sonra Meksikanın bir neçə şəhərində iğtişaşlar başlayıb. İspaniya-Uruqvay matçına ev sahibliyi edəcək Qvadalaxara da daxil olmaqla bir neçə şəhərdə kartel üzvləri avtomobilləri yandırıb və yolları bağlayıblar.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Meksika və Kanadada keçirilməsi planlaşdırılır. Meksikada turnirin oyunları Mexiko, Monterrey və Qvadalaxara şəhərlərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
sport24.az

1Sources