EN

“Qarabağ”ın avrokubok macərası başa çatdı... - Video-Yenilənib

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

"Cebheinfo.az"ın məlumatına görə, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.

01:16

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında hesab yenidən dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib - 3:2.

57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.

01:10

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçının ikinci hissəsində ardıcıl iki qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda əvvəlcə "Qarabağ" buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.

51-ci dəqiqədə Kamilo Duran hesab arasındakı fərqi azaldıb. Lakin 1 dəqiqə sonra meydan sahiblərinin heyətində Sven Botman fərqlənərək yenidən komandasının hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.

01:02

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

00:47

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

00:08

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.

Joelinton 6-cı dəqiqədə tablonu hərəkətə gətirib.

00:06

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.

5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.

***

00:02

Matç başladı.

***

00:01

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, Qurban Qurbanovun kollektivi İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək.

Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.

***

Komandaların start heyətləri açıqlanıb.

“Nyukasl”: Eron Ramzdeyl, Sven Botman, Joelinton, Sandro Tonali, Xarvi Barns, Uilyam Osula, Kiran Tripper (k), Ceykob Mörfi, Nik Voltemade, Den Bern, Aleks Mörfi

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Joni Montiel, Bədavi Hüseynov (k), Dani Bolt, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Cebheinfo.az" 

Chosen
12
6
cebheinfo.az

10Sources