EN

Qaxda yas mərasimləri belə təşkil olunacaq FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ölkəmizdə yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə qəti qərarın verildiyi növbəti rayon Qax oldu.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, martın 1-dən etibarən rayonun bütün ərazisində yas mərasimləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Rayon mərkəzi və kəndləri əhatə edən qərara əsasən, mərasimlərdə ehsan süfrələrinin açılması ləğv edilir.

 

İsrafçılığın qarşısını almaq məqsədilə qəbul edilən bu qərardan sonra yas yerlərində qonaqlara yalnız çay süfrəsi təqdim olunacaq. Bununla bağlı rayon rəhbərliyi ictimaiyyət və din xadimləri, eləcə də ziyalılarla görüş keçirib, məsələ ciddi müzakirə olunub.

Yerli sakinlər və aidiyyəti qurumlar tərəfindən dəstəklənən bu qərarın əsas hədəfi yas sahiblərinin ağır itki ilə yanaşı, həm də maddi çətinliklərlə üzləşməsinin qarşısını almaqdır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
bizim.media

2Sources