EN

Tez-tez soyuqdəymə immunitet zəifliyindən xəbər verir? -Açıqlama

Tez-tez soyuqdəymənin immunitet zəifliyi ilə bağlı olması barədə fikir geniş yayılıb.

Redaktor.az xəbər verir ki, həkim-terapevt Olga Suxareva bu iddianın hər zaman doğru olmadığını lenta.ru-ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, ard-arda baş verən soyuqdəymələr əksər hallarda immun sisteminin zəifliyi ilə deyil, sadəcə viruslarla tez-tez təmasla əlaqədar olur. Məsələn, uşaq bağçaya gedərkən digər uşaqlardan müxtəlif viruslar götürə və onları evə gətirə bilər. Bu isə ailə üzvlərinin də tez-tez xəstələnməsinə səbəb olur.

Suxareva başqa bir nümunə də çəkib: tibb universitetini bitirən məzun poliklinikada işə başlayanda hər gün xəstə pasiyentlərlə təmasda olur. Nəticədə o da ilk dövrlərdə tez-tez soyuqdəymə keçirə bilər.

Həkim vurğulayıb ki, tez-tez xəstələnmək avtomatik olaraq immun sistemində ciddi problem olması demək deyil. Əsas amil insanın nə qədər çox virusla qarşılaşmasıdır.

Aytəkin TOFİQQIZI

Chosen
11
redaktor.az

1Sources