EN

Keçmiş məcburi köçkün: 63 yaşımda doğma yurduma qayıtdığım üçün çox xoşbəxtəm VİDEO

Bakı, 25 fevral, Elmir Səftərov, Tofiq Babayev, Mirrəsul Cəfərov, AZƏRTAC

Otuz ildən çoxdur didərgin həyatı yaşayırdıq. Yoldaşım və uşaqlarımla məcburi köçkün kimi kənddən çıxmışdıq. İndi uşaqlarım böyüyüb, ailə qurublar. Bu gün kəndə qızım və nəvələrimlə birlikdə qayıdıram.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Horovlu kəndinə köçən keçmiş məcburi köçkün Məhluqə İsmayılova söyləyib.

O, 63 yaşımda doğma yurduna qayıtdığı üçün özümü çox xoşbəxt hiss etdiyini bildirib: "Məcburi köçkünlükdən əvvəlki həyatımız çox gözəl idi. Sonrakı illər isə çox ağır keçdi. Çadırlarda, qəsəbələrdə, müvəqqəti yaşayış yerlərində yaşamışıq. Yağış yağanda dam örtüyündən su axırdı, hara çəkiləcəyimizi bilmirdik. Çətin, əziyyətli günlər idi.

Bu gün isə şükür edirəm ki, doğma yurduma qayıdıram. Buna görə dövlətimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində torpaqlarımız azaddır".

Chosen
8
4
azertag.az

5Sources