Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) komandalar üzrə son beş ilin dünya reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan klubları arasında ən yüksək nəticə "Qarabağ"a məxsusdu. Ağdam təmsilçisi 768,75 xalla dünya reytinqində 71-ci pillədədi.
Digər təmsilçilərimizin mövqeyi isə daha aşağı olub. “Neftçi” 300 xalla 375-ci sırada yer alıb. “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci pillədə qərarlaşıb.
Siyahıya 1753 xalla "Real" başçılıq edir.