EN

“İran ABŞ-yə çatacaq raketlər hazırlayır” - Tramp

“İran artıq Avropanı və ABŞ-nin xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər istehsal edib”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Tehran hazırda ABŞ ərazisinə çata biləcək raketlər üzərində işləyir:

“İslam Respublikasından ən çox eşitmək istədiyim ifadəni eşitməmişəm. Bizim nüvə silahımız olmayacaq’”, – deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, əgər hərbi əməliyyatlar barədə qərar verilərsə, İranın raket proqramı Amerikanın milli təhlükəsizliyi üçün birbaşa təhdid yarada bilər.

Daşqın HəsənovMissiya.Az

Chosen
11
missiya.az

1Sources