EN

Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahı göndərəcəkləri xəbərini təkzib edib

Fransa və Böyük Britaniya Ukraynaya nüvə silahı göndərmək planları ilə bağlı məlumatları təkzib ediblər.Missiya.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə onların Rusiyadakı səfirlikləri məlumat yayıb."Biz Ukraynaya nüvə silahı və ya əlaqəli imkanlar vermirik və verməyəcəyik",-Britaniya diplomatik nümayəndələri bildiriblər.Diplomatlar qeyd ediblər ki, Böyük Britaniya Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öhdəliklərinə tam sadiqdir.

Fransa səfirliyi də xəbəri uydurma adlandırıb. Ölkə nümayəndələri bildiriblər ki, Ukraynaya nüvə silahlarının ötürülməsi ilə bağlı qondarma planlar barədə məlumat tamamilə yalandır.

 

 

İlahə QənbərliMissiya.Az

Chosen
20
missiya.az

1Sources