EN

Yevlaxda kafedə PARTLAYIŞ - Ölən var

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

Hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Chosen
2
14
7news.az

10Sources