EN

“Azərbaycanda internet trafikinin həcmi 7 terabitdən artıqdır”

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Hazırda Azərbaycana daxil olan internet trafikinin həcmi 7 terabitdən artıqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 3G/4G-nin əhatə dairəsi 95%-dən çoxdur: “Dövlət xidmətlərinin əksəriyyəti rəqəmsallaşıb və regional data mərkəzi layihələri beynəlxalq tərəfdaşlarımızın hesabına genişləndirilir. Bu faktlar göstərir ki, dövlət səviyyəsində, doğrudan da, ciddi irəliləyişlər var. Bu gün ölkə ərazisində internetə əlçatanlıq 90%-ə çatıb”.

N.Mərdanov əlavə edib ki, son illərdə Azərbaycanda internet infrastrukturunun inkişafı nəticəsində şəbəkənin keyfiyyəti və sürəti əhəmiyyətli dərəcədə artıb, orta göstəricilər 150–200 Mbit/s səviyyəsinə yüksəlib: “Həmçinin son illərdə ölkədə genişzolaqlı internetə çıxış səviyyəsi xeyli yüksəlib, sürət artımı 8 dəfə artıb, fiber sahədə artım 13 dəfə artıb. Regionlarda da keyfiyyətli bağlantının təmin olunması istiqamətində ardıcıl işlər aparılır”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
qafqazinfo.az

2Sources