Lənkəranda yolda sürüşmə olub.
Son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb, nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir.