EN

Stilist dörd plastik cərrahdan şikayət etdi: Burnum çürüdü

ain.az bildirir, Axsham.az portalına istinadən.

Stilist Emil Hacıyev bir neçə plastik-cərrahdan şikayət edib.

Axşam.az xəbər verir ki, stilist bununla bağlı açıqlama yayıb. O bildirib ki, beş dəfə burun əməliyyatı etdirib və dördü uğursuz alınıb. Emil bildirib ki, birinci əməliyyatını həkim Hüseyn Məmmədov etdirib. Stilist uğursuz olduğu üçün ikinci dəfə eyni həkimə müraciət edib. Amma yenə də nəticə yaxşı alınmayıb. 

"Burun dəliklərimdə əyrilik, burnumda çöküntü var. Beşinci dəfə əməliyyata girirəm. Həkimləri pisləmək istəmirəm. Bu gün dərdim odur ki, burnum yaxşı olsun. Antibiotiklər içirəm ki, virus qapmayım. Adını çəkəcəyim həkimlərin hazırda əməliyyatları var. Allah canını sağ etsin ki, heç kimi bu hala salmasınlar. Birincidə burnumu bərbad edən həkim Hüseyn Məmmədov olub. Neçə dəfə gedib-gəldim, 9 ay sonra ikincini etdi. Əməliyyatdan sonra heç nə dəyişmədi. 950 manat ona pul vermişdim" deyə, Emil bildirib.

Stilist qeyd edib ki, üçüncü dəfə plastik-cərrah Fərid Əliyevin onun burnunu əməliyyat edib. O, ilk bir ay ərzində burnunun yaxşı olduğunu, sonra pisləşdiyini söyləyi:

"Sol tərəfin çökdü, burun yapışdı".

Dördüncü əməliyyatı edən cərrah isə Faiq Abdullayev olub. Emil bunun da uğursuz alındığını deyib:

"İlk 3 ayı yaxşı idi. Ona pul da ödədim, reklam da etdim. İnciyirsə, maraqlı deyil. Onların etdiyi əməliyyatlara görə indi əziyyət çəkirəm. Burnum pis gündə idi. Heç kimin çörəyinə bais olmaq istəmirəm. Amma heç kim pulu yerdən tapmır. Gətirib sizə versin, bir müddət sonra pis günə qalsın. Həkimlərə görə bu gün əziyyət çəkirəm. Başıma gəldi, qəbul etdim, çürümüş burnumdan, bu halımdan da razıyam. Kaş ən kasıb vaxtımda pulumu yığıb, gedib ən bahalı həkimə əməliyyat etdirərdim".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
axsam.az

1Sources