EN

Su sayğacları DƏYİŞDİRİLƏCƏK - RƏSMİ

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na görə Azərbaycanda 245 min su sayğacı dəyişdiriləcək.

Turkustan.az Bizim.Media-ya istinadən xəbər verir ki, 2026−2030-cu illərdə 45 min yeni sayğacın quraşdırılması, 80 min smart və 165 min mexaniki tipli istismar müddəti başa çatmış sayğacın dəyişdirilməsi planlaşdırılır.

Bəs hazırda quraşdırılan ümumi sayğac sayı nə qədərdir? Su sayğaclarının nə qədəri mexaniki, nə qədəri smartdır? Dövlət Proqramında nəzərdə tutulan illər ərzində hamısının smart və ya mexaniki olması nəzərdə tutulurmu?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun xidmət göstərdiyi 6 iri şəhər üzrə 1.273.143 sayğac quraşdırılıb.

Bunlardan 1.060.072 ədədinin mexaniki, 213.071-inin isə smart sayğac olduğu qeyd edilib.

“1.060.072 mexaniki sayğacdan 1.049.483-i əhali, 10.589-i isə qeyri-əhali üçün quraşdırılıb. 213.071 smart sayğacdan 153.375-i əhali, 59.696-i isə qeyri-əhali üçün quraşdırılıb”, - məlumatda vurğulanıb.

Chosen
2
12
turkustan.az

10Sources