EN

Ukraynadakı müharibədə 15 mindən çox mülki şəxs həlak olub - BMT

Ukraynada müharibə başlayandan bəri 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən çox insan yaralanıb. 

Missiya.Az xəbər verir ki, bunu BMT-nin Siyasi və Sülh Quruculuğu məsələləri üzrə Baş katibinin müavini Rozmari DiKarlo deyib.

Onun sözlərinə görə, 3200-dən çox uşaq həyatını itirib və ya yaralanıb, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

DiKarlo həmçinin Rusiyanın mülki enerji obyektlərinə hücumlarını tənqid edib və dərhal, tam və qeyd-şərtsiz atəşkəsə çağırıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
11
missiya.az

1Sources