EN

Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb

Balkan Riyaziyyat Olimpiadasına (BMO) hazırlıq məqsədilə beynəlxalq olimpiadalara hazırlıq qrupuna cəlb olunan şagirdlər arasında imtahan keçirilib.

AzEdu.az xəbər verir ki, şagirdlər müxtəlif çətinlik səviyyəsində olan tapşırıqları yerinə yetirərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Tapşırıqlar, əsasən, analitik düşünmə və problem həlletmə bacarıqlarının qiymətləndirilməsinə yönəlib.

Nəticələrə əsasən seçilən şagirdlər BMO üzrə hazırlıq qrupuna cəlb ediləcəklər.

Chosen
10
azedu.az

1Sources