EN

Saçın isti su ilə yuyulması sağlamlıq problemlərinə səbəb olaBİLƏR

Dermatoloq Sinthiya Gedes xəbərdarlıq edib ki, saçın isti su ilə yuyulması sağlamlıq problemlərinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Terra" nəşri ilə söhbətində danışıb.

Gedes izah edib ki, isti su dəri tərəfindən ifraz olunan qoruyucu yağ maddəsini həddindən artıq miqdarda təmizləyir, nəticədə insanlarda epidermisin quruluğu, qabıqlanması və qıcıqlanma kimi simptomlar yarana bilər.

Gedesin sözlərinə görə, saçın isti su ilə yuyulması “tərs effekt”ə də səbəb ola bilər. Belə ki, dərinin intensiv təmizlənməyə reaksiyası olaraq daha çox yağ ifraz etməsi başlayır və nəticədə saçlar daha tez yağlanır.

Həkim həmçinin qeyd edib ki, əgər saçlar hər gün isti su ilə yuyularsa, bu, qabıqlanmanı (kəpək) daha da gücləndirə bilər. Bu səbəbdən dermatoloq saçların yuyulmasında yalnız mülayim istilikdə və ya soyuq su istifadəsini tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Chosen
39
1
redaktor.az

2Sources