EN

Azərbaycanlı media rəhbərləri ilə Qazaxıstanın aparıcı media qurumu arasında görüş keçirildi FOTOLAR

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstanın aparıcı media qurumlarından biri olan ALATAU AQPARAT Media Holdinqində Azərbaycan və Qazaxıstan jurnalistlərinin birgə görüşü keçirilib.

AZXEBER.COM xəbər verir ki, Qazaxıstanda səfərdə olan "Azxeber Media”nın direktoru Əfsələddin Ağalarov və "Editor Media”nın baş redaktoru Fərid Şahbazlı Mərkəzi Asiya və Türk Dünyasının öncül media resurslarından sayılan "Alatau” holdinqinin fəaliyyəti ilə yaxından tanış olublar.

Media holdinqin baş direktoru Erzhan Kalynbaiuly qonaqları salamlayaraq, 50 illik tarixə malik "ALATAU AQPARAT”ın yaranma mərhələləri, inkişaf yolu və hazırkı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, media qurumu Qazaxıstanın ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rol oynayır, operativ və obyektiv informasiya siyasəti ilə seçilir.

Görüş çərçivəsində qonaqlar media holdinqin inzibati binası, redaksiya otaqları və texniki avadanlıqları ilə tanış olublar. Onlara Qazaxıstan mediasının müasir çağırışları, rəqəmsallaşma prosesi, onlayn platformaların inkişaf dinamikası və informasiya təhlükəsizliyi sahəsində görülən işlər barədə geniş təqdimat keçirilib.

Tərəflər arasında birgə əməkdaşlığın perspektivləri, informasiya mübadiləsinin genişləndirilməsi, ortaq media layihələrinin hazırlanması, həmçinin Türk Dünyası mediası arasında koordinasiyanın gücləndirilməsi məsələləri ətrafında səmərəli müzakirələr aparılıb. Xüsusilə, regional və beynəlxalq gündəmdə yer alan məsələlərin operativ və düzgün işıqlandırılması üçün qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, "ALATAU AQPARAT Media Holdinqi”nin tərkibində ümumilikdə 5 media subyekti fəaliyyət göstərir və qurum çap, onlayn və digər platformalar üzərindən geniş auditoriyanı əhatə edir. Görüşün yekununda tərəflər əlaqələrin davamlı xarakter alması və qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
azxeber.com

1Sources