EN

Türkiyədə narkotik əməliyyatı keçirilib, 10 nəfər saxlanılıb

Türkiyədə İstanbul polisi əməliyyat keçirib.

7News.Az "NTV"-yə istinadla xəbər verir ki, İstanbul, Hakkari, Ankara, Bursa, İzmir, Hatay, Mersin, Van, Diyarbəkir və Mardində eyni vaxtda keçirilən əməliyyat zamanı 10 tondan çox narkotik dövriyyədən çıxarılıb, 10 nəfər şübhəli şəxs qismində saqxlanılıb.

İstintaq çərçivəsində cinayət yolu ilə əldə edildiyi güman edilən 135 əmlak, 47 nəqliyyat vasitəsi və kommersiya nəqliyyat vasitəsinin nömrə nişanı və 42 şirkət səhmi də müsadirə edilib.

Məlumata görə, hazırda şübhəlilər istintaq orqanı tərəfindən dindirilir.

Faktla bağlı araşdırma aparılır.
Chosen
3
8
7news.az

9Sources