EN

Xanyurdu öz sakinlərini qarşılayır

Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edir. Xocalı rayonunun Xanyurdu kəndi bərpa olunaraq sakinlərini qəbul etməyə başlayıb. Kənddə onların rahat və müasir standartlara uyğun yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

Publika.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xanyurdu sakinlərinin qayıdışını əks etdirən xüsusi videoçarx hazırlanıb.

Doğma ocaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə təşəkkür edib, şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər.

Chosen
2
13
publika.az

10Sources