EN

Azarov: Maydan zamanı Ukrayna Çinin 1989-cu il taktikasını tətbiq etməli idi- ÖZƏL

Ukraynanın sabiq baş naziri Nikolay Azarov bildirib ki, 2013-2014-cü illərdə baş verən Maydan hadisələri zamanı ölkə rəhbərliyi daha sərt davranmalı idi. Olaylar.az xəbər verir ki,  Azarov TASS-a verdiyi müsahibədə qeyd edib ki, Ukrayna hakimiyyəti ABŞ və Avropa təzyiqlərinə boyun əyməməli, Çinin 1989-cu ildə Tiananmen Meydanındakı üsullarını tətbiq etməliydi.
"Niyə ölkə rəhbərliyi daima amerikalıların və avropalıların tələblərinə uyurdu, güc tətbiq etməməli olduğumuzu deyirdilər? Hər kəsə aydın idi ki, dövlət çevrilişi həyata keçirilir. Mən bunu 21 yanvar 2014-cü il tarixində hökumət iclasında da açıq demişdim və daxili işlər naziri ilə soruşmuşdum: "Sənə qanun imkan verirsə, niyə əlinə düşən imkanlardan istifadə etməyib, qayda-qanunu bərpa etmirsən?" - deyə Azarov bildirib.
O, Maydan hadisələrini "təhlükəsizliyi təmin etməyən yumşaqlıq və qərarsızlıq" nəticəsində baş verən dövlət çevrilişi kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources