EN

Lənkəranda çökən yol təhlükə yaratdı - Fotolar

Son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Ekologiya.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə nəticəsində yolun asfalt qatı çöküb və hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yolda əmələ gəlmiş iri çatlara yağıntı sularının dolması sürüşmə aktivliyini daha da artırır. Hazırda ərazidən xüsusilə yük avtomobillərinin keçməsi son dərəcə təhlükəli hesab olunur. Bu, yolun daha da çökməsinə səbəb ola bilər.

Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.


Chosen
5
3
ekologiya.az

5Sources