EN

İngiltərə klublarından tarixi uğur

style='margin-bottom:10px;'>

İngilltərə klubları bu mövsüm Çempionlar Liqasında inamlı çıxışları ilə diqqət çəkir.

QOL.az xəbər verir ki, hazırda bu ölkənin 6 təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 1/8 finala yüksəlib.

Bunlar "Arsenal", "Mançester Siti", "Liverpul", "Çelsi", "Tottenhem" və "Nyukasl"dır.

Bu, turnirin tarixində rekord sayılır. İndiyədək heç bir ölkənin 6 komandası bu mərhələyə qədər gəlməmişdi. Əslində 2024-2025 mövsümünə qədər bunun baş verməsi mümkün də deyildi. Çünki ÇL-in əvvəlki formatına əsasən bir ölkədən turnirə maksimum 5 klub qatıla bilirdi. Ona görə də 1/8 finalda 6 komandanın olması praktik olaraq imkansız idi.

Yeni formatda (2024/25-dən sonra) nəzəri baxımdan iştirakçı sayı artsa da, indiyədək 1/8 finalda 6 klublu ölkə qeydə alınmayıb.

Xatırladaq ki, sözügedən klublardan biri - "Nyukasl" pley-off mərhələsində "Qarabağ"la üz-üzə gəlib və hər iki oyunda qalib gələrək (6:1, 3:2) növbəti mərhələyə yüksəlib.

 

Chosen
17
3
teleqraf.com

6Sources