ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakı şəhərinin Nəsimi rayonu ərazisində dayanacağın qanunsuz şəkildə bağlanması iddia olunur.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Bildirilib ki, söhbət Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən dayanacaqdan gedir. İddialara görə, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazi zəncir və qıfıl vasitəsilə bağlanıb.
Bildirilir ki, dayanacağa yalnız binanın altında fəaliyyət göstərən restoranının sahiblərinin və onların qonaqlarının avtomobillərinin buraxılmasına icazə verilir.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.