EN

Qazaxıstan regional rəqəmsal infrastruktur mərkəzi yaradır

Astana, 25 fevral, AZƏRTAC

Qazaxıstan Orta Asiyada 1 QVt-a qədər enerji potensialına malik ən böyük data mərkəzi kampusunu yaratmaq üçün “Data mərkəzi vadisi” layihəsini həyata keçirir.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihə 2026-cı ilin yanvar ayında Pavlodar vilayətinin Ekibastuz şəhərində başlayıb və hazırda aktiv icra mərhələsindədir.

“Data mərkəzi vadisi”nin istifadəyə verilməsi Qazaxıstanda rəqəmsal infrastruktur və hesablama gücü üçün regional mərkəz yaradacaq, 30 milyard dollara qədər investisiya cəlb edəcək və 500-dən çox yüksəkixtisaslı iş yeri yaradacaq.

Hökumət müvafiq infrastruktur və hüquqi şərtləri təmin edir. Bu məqsədlə ümumi sahəsi 1400 hektar olan torpaq sahələri ayrılıb. Yaradılan infrastrukturun əsas elementi 100 MVt-a qədər gücə malik və daha da miqyaslanma potensialı olan beynəlxalq tərəfdaşları cəlb etmək üçün yaşıl sahə zonası olacaq. Layihənin icrası vəziyyəti Baş nazir Oljas Bektenovun sədrliyi ilə keçirilən iclasda müzakirə olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
3
3
azertag.az

4Sources