EN

Maskı hədəfdə

Meksika Prezidenti Klaudiya Şeynbaum onun narkokartellərlə əlaqəli olduğu iddiasını irəli sürən amerikalı milyarder İlon Maska qarşı hüquqi proses başladacaq.

"Cebheinfo.az" xəbər verir ki, "Xalisko Yeni Nəsil Karteli"nin (CJNG) rəhbəri və ölkənin ən çox axtarılan narkobaronu El Mençonun 22 fevralda öldürülməsindən sonra Meksikada artan zorakılıq hadisələri dünyanın gündəminə çevrilib.

Belə ki, Mask "X" şirkətinin sosial media platformasında paylaşılan və Şeynbaumun ABŞ-nin narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqlara qarşı əməliyyatlarını tənqid etdiyi 2025-ci ilə aid videoya münasibət bildirib. İlon Mask "Şeynbaum sadəcə kartel rəhbərlərinin ona deməsini istədiklərini deyir" ifadəsini işlədib.

Bunun ardınca Şeynbaum gündəlik mətbuat konfransında İlon Maskın sözlərinə belə reaksiya verib: 

"Müəyyən bir hüquqi prosedur başlatmağı düşünürük. Vəkillər hazırda bunu araşdırır".

Şeynbaum, həmçinin əlavə edib: "Narkotik qaçaqmalçılığı ilə idarə olunan hökumət iddiası əgər əvvəllər cəfəngiyyat idisə, indi daha da cəfəngiyyatdır. Bu iddia öz-özünə iflas edir. Artıq nə uyduracaqlarını belə bilmirlər".

Chosen
31
cebheinfo.az

1Sources