EN

Qızıl bir az da bahalaşdı Səbəbkar Trampdır

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Dünya bazarında qızılın qiyməti bu gün 1% də artıb.

“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ Ali Məhkəməsinin Prezident Donald Trampın tariflərlə bağlı qərarlarını ləğv etməsindən sonra yaranan tarif qeyri-müəyyənliyi səbəbindən investorlar yenidən təhlükəsiz aktivlərə üz tutublar.

Saat 9:34-ə olan məlumata görə, qızılın 1 unsiyası üçün qiymət 5207,21 dollar təşkil edib. Bu, 1 qram üçün 167,97 dollar deməkdir.

ABŞ 24 fevralda müvəqqəti olaraq 10% qlobal idxal tarifini tətbiq edib, lakin Vaşinqton bunu 15%-ə çatdırmaq üçün çalışır. Bu, ötən həftə Ali Məhkəmənin qərarından sonra Trampın ticarət siyasəti ilə bağlı çaşqınlıq yaradır.

Agentiyin məlumatında deyilir ki, Trampın xarici siyasəti və ticarət siyasəti bu cür qaldıqca, qızılın bundan sonra da bahlaşması potensialı var.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
azpolitika.info

1Sources