EN

Dörd beş saat yol gedəndən sonra meydana çıxmaq çox çətindir Zaqatala nın baş məşqçisi qələbəyə köklənib

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 16-cı turu çərçivəsində bu gün Şamaxıda baş tutacaq "Şahdağ Qusar" - "Zaqatala" qarşılaşması maraqla gözlənilən matçlardan biridir. Hərəyə 21 xal toplayan rəqiblər turnir cədvəlinin 5-6-cı pillələrində mövqe tutublar. Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Təəssüf ki, maliyyə problemi səbəbindən Şamaxıya bir gün öncə gələ bilmədik. Dörd-beş saat yol gedəndən sonra meydana çıxmaq çox çətindir. Digər tərəfdən, müəyyən itkilər də var. Ümid edirəm ki, bu oyunumuza ciddi təsir etməyəcək. Matça pis hazırlaşmamışıq. Maksimum nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, "Şahdağ Qusar" - "Zaqatala" görüşünün start fiti 15:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
fanat.az

2Sources