Dünən İranın keçmiş prezidenti Həsən Ruhani haqqında xarici mediada yayılan “çevriliş cəhdi” iddialarına rəsmi təkzib verilib.
Vətəninfo.az xəbər verir ki, Ruhaninin ofisinin ictimaiyyətlə əlaqələr xidməti bəyanat yayaraq bildirib ki, “Le Figaro” və “The New York Times” qəzetlərində çıxan məlumatlar yalan və uydurmadır. Açıqlamada Ruhaninin çevriliş niyyətində olmadığı vurğulanaraq qeyd olunub ki, bu xəbərlər naməlum mənbələrə əsaslanır və bu cür materiallar media qurumlarının peşəkar etibarlılığına xələl gətirir.
Bəyanatda iddia olunur ki, yayılan məlumatlar İranda ictimai düşüncədə şübhə və narahatlıq yaratmağa yönəlib və “Amerika və İsrail mənbələri tərəfindən həyata keçirilən psixoloji əməliyyatın” tərkib hissəsidir. (Nameh News)
Xatırladaq ki, daha öncə Fransanın “Le Figaro” nəşri yanvada İranda baş tutan etirazlar fonunda ali rəhbəri hakimiyyətdən uzaqlaşdırmaq cəhdinin edildiyini yazmışdı.