Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyindən məlumat verilib.