EN

Sosial şəbəkələr və xarici müdaxilə ilə bağlı açıqlama mübahisə yaratdı

Yazını böyüt
Yazını kiçilt

Fransa Milli Birlik (Rassemblement national RN) partiyasının prezidenti Jordan Bardella bu ölkənin Avropa və Xarici işlər naziri Jan Noel Barronu ictimai debat azadlığını təhdid etməkdə günahlandırıb. O, X sosial şəbəkəsində paylaşdığı mesajda hakim düşərgəni özünə uyğun olmayan platformaları nəzarət altına almaqda ittiham edib. Bardella hakimiyyətin qeyri-liberal meyillər göstərdiyini iddia edərək bildirib ki, bəzi siyasi rəhbərlər təsir imkanlarını qorumaq üçün demokratiyanı tapdalamağa hazırdırlar.

Hafta.az xəbər verir ki, mübahisəyə səbəb Jan-Noel Barronun ölkənin ictimai radiosuna müsahibəsində səsləndirdiyi fikirlər olub. Fransanın Avropa və xarici işlər naziri “France Info” radiosuna müsahibəsi zamanı 2027-ci il prezident seçkilərinə xarici təsirin qarşısının alınmasının vacibliyini vurğulayıb və sosial şəbəkələrin nizam-intizama salınmasının zəruriliyini qeyd edib.

Nazir bildirib ki, onun qənaətinə görə, mühafizəkar beynəlxalq çevrə Fransadakı demokratik müzakirələrə təsir etməyə çalışır:

“Məndə belə bir təəssürat var ki, onlar buna cəhd edirlər. Bizim məsuliyyətimiz bunun qarşısını almaqdır”.

Bu mübahisə Fransada rəqəmsal platformaların tənzimlənməsi, xarici müdaxilə riski və ifadə azadlığı ilə bağlı debatların 2027-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkiləri ərəfəsində daha da intensivləşdiyi bir dövrə təsadüf edir.

Chosen
5
2
hafta.az

3Sources