EN

Serj Sarkisyanın sonu çatdı: Siyasətdən gedir?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası hələlik 7 iyun parlament seçkilərində iştirak etmək qərarını açıqlamayıb.

Lakin aprelin əvvəlində qurultay keçirməyi planlaşdırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. 

“Partiya rəhbərliyi icmalara və partiya strukturlarına baş çəksə də, naməlum səbəblərdən bu səfərlər ictimaiyyətə açıqlanmır. Partiya həmçinin, uzunmüddətli strategiya hazırlayır, onu qurultaya təqdim etməyi planlaşdırır və daxili struktur dəyişiklikləri edir.

Bir sözlə, onlar partiya işlərində fəal iştirak edirlər. Partiyanın martın ortalarında seçkilərdə iştirak edib-etməyəcəyini açıqlayacağı gözlənilir. Əgər iştirak edəsi olsalar, seçki siyahısındakı ilk 30 namizəd mövcud qanunvericiliyə uyğun olaraq qurultayda təsdiqlənəcək”.

Qeyd edək ki, Ermənistan Respublika Partiyasının boykota deyil, seçkilərdə iştiraka üstünlük verəcəyi gözlənilir. Ermənistan parlamentli respublika olduğundan seçkilərə qatılmamaq siyasi proseslərdən kənarda qalmaq deməkdir. Ona görə də Ermənistanda hazırda seçkiqabağı siyasi rəqabətin artması müşahidə olunur.

2021-ci ildə Ermənistan Respublika Partiyası seçkilərə “Şərəfim var” bloku ilə gedib və Milli Məclisdə 6 deputatla təmsil olunur. Yəni Ermənistan Respublika Partiyası parlament partiyası mandatını itirmək istəmir.

Lakin Serj Sarkisyanın komandasının qarşıdan gələn seçkilərə partiya bloku şəkildə deyil, ayrılıqda gedəcəyi gözlənilir. Çünki Serj Sarkisyanın siyasi reytinqi demək olar ki, yoxdur və digər partiyalar onunla birgə siyasi blok yaratmağa maraq göstərmir. Son rəy sorğuları göstərir ki, Ermənistan Respublika Partiyasına səs vermək istəyən respondentlərin sayı 2,4 faiz təşkil edir.

Bu halda, Sarkisyanın liderlik etdiyi qüvvələrin partiya blokları üçün nəzərdə tutulmuş 7 faizlik seçki barajını keçməsi real görünmür. Ermənistan Respublika Partiyası indiki şəraitdə 5 faizlik seçki barajını aşmaqla bir neçə mandat qazana biləcəyinə ümid edir.

Ancaq müxalifət düşərgəsində əsas rəqabətin Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” partiyası, Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku və Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası arasında gedəcəyi gözlənilir. 

Ona görə də Serj Sarkisyanın seçkidə uğur qazanmaq şansı hər gün azalır. Bu həm də onun özünə Ermənistan cəmiyyətində mənfi münasibətin yüksək olması ilə bağlıdır. Hətta revanşist müxalifət düşərgəsində belə, Serj Sarkisyan artıq arzuolunmaz fiqura çevrilib. 

Çox güman ki, aprel ayında keçiriləcək seçkilərdə etdiyi Ermənistan Respublika Partiyası rəhbərliyində ciddi dəyişiklik baş verəcək. Serj Sarkisyanın partiyaya seçkilərdə elektorat cəlb etmək üçün sədrlikdən istefa verəcəyi də istisna edilmir. 

Ümumiyyətlə, Ermənistanda qarşıdan gələn yeni seçkilərdə Ermənistan müxalifətində yeni siyasi fiqurların meydana çıxması ilə diqqəti cəlb edir. 

Bu mənada, Sarkisyan kənara çəkilməsə, siyasi cəhətdən tamamilə iflas edəcəyini anlayır.Qurultayda etdiyi Ermənistan Respublika Partiyasının baş nazirliyə namizədi və proporsional seçki siyahısına rəhbərlik edəcək şəxs kimi yeni fiqurun təsdiqlənəcəyi gözlənilir. 

Hazırda bu namizədin  Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan olması ehtimalı daha çoxdur.  Onun Ermənistan Respublika Partiyası sədri seçilməsi qurultayda reallaşmasa belə, seçkilərdən sonra baş verəcək. Bütün hallarda, yaxın aylarda Serj Sarkisyanın siyasətdən getməsi qaçılmaz olacaq. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Serj Sarkisyan partiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
cebheinfo.az

2Sources