EN

"Qapımızda çoxlu qol buraxdıq, amma bu, bizim üçün yaxşı bir dərsdir"

"Bu oyun "Nyukasl"a qarşı keçirdi və hər iki matç bizim üçün olduqca çətin oldu. Təbii ki, məğlubiyyət məni sevindirmir. Qapımızda çoxlu qol buraxdıq, amma bu, bizim üçün yaxşı bir dərsdir. Belə rəqiblərlə üz-üzə gəlmək hər bir futbolçu üçün böyük təcrübə deməkdir".

Milli.Az İdman.Biz-ə istinadən xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.

M. Koxalski gələcəkdə daha yaxşı çıxış edəcəklərinə ümid etdiyini vurğulayıb:

"Ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcəyik. Belə əhəmiyyətli matçlardan sonra gərgin və əsəbi olmaq təbiidir, amma əsas məsələ odur ki, biz bu sınaqdan düzgün nəticə çıxaraq irəliləyək".

Milli.Az

Chosen
8
50
milli.az

10Sources