EN

Sel fəlakəti can almağa davam edir

Braziliyada 23 fevraldan bəri davam edən güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 30-a yüksəlib, itkin düşən 40 nəfərin axtarış-xilas etmə işlərinin isə davam etdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Minas-Jerays əyalətinin yanğınsöndürmə idarəsindən verilən açıqlamada, Juiz de Fora və Uba şəhərlərini vuran sel fəlakətində can itkisinin artdığı ifadə edilib.

Açıqlamada ölənlərin sayının 30-a çatdığı qeyd olunub və itkin düşən 40 nəfərin tapılması üçün işlərin fasiləsiz davam etdiyi vurğulanıb.

Səlahiyyətlilər bölgədə daha çox yağış gözlənildiyini bildirərək, həyəcan vəziyyətinin qaldığını açıqlayıb və əhalini riskli ərazilərdən uzaq durmağa çağırıb.

Minas-Jerays qubernatoru Romeu Zema mətbuata verdiyi açıqlamada çətin bir dövrdən keçdiklərini deyib:

"Çox kədərli anlar yaşayırıq. Son dərəcə yağışlı bir gecə idi, bir neçə saat ərzində demək olar ki, bir aylıq yağış miqdarı düşdü. Bölgədə minlərlə insan işıqsız və susuz qalıb.

Təxliyə edilənlər üçün müxtəlif məktəblər müvəqqəti sığınacaqlara çevrilib. İlk humanitar yardım maşınları yola düşüb".

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva isə Minas-Jerays əyalətini vuran güclü yağışlar səbəbindən hökumətin səfərbər olduğunu qeyd edərək, "Yaxınlarını itirən ailələrə ən dərin hüznlə başsağlığı verirəm" ifadəsini işlədib.

Chosen
11
1
cebheinfo.az

2Sources