EN

Reşfordun "Barselona"dakı gələcəyi müəyyənləşdi

BAKI, 25 fevral. TELEQRAF

“Mançester Yunayted”in icarə əsasında “Barselona”da çıxış edən futbolçusu Markus Reşfordun İspaniya klubundakı gələcəyi müəyyənləşib.

Teleqraf “Sport.es” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Kataloniya təmsilçisində qalmağa qərar verib.

Bildirilir ki, futbolçunun menecerləri Barselonaya gələrək klubun idman direktoru Deko ilə görüş keçirib və transferin şərtlərini dəqiqləşdiriblər. “Barselona" futbolçunun 30 milyon avroluq satınalma opsionunu aktivləşdirməyi qəbul edib.

Hazırda klub və oyunçu tərəfi maliyyə qaydalarına uyğun olaraq Reşfordun "Mançester Yunayted"dən aldığı yüksək maaşın yeni müqavilədə necə paylanacağını hesablayırlar. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanması planlaşdırılır.

Qeyd edək ki, Reşford "Barselona"da 34 matça çıxıb, 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
3
teleqraf.com

1Sources