EN

AMEA rəhbəri: Humanitar və İctimai Elmlər bölmələrində Azərbaycan dili ilə bağlı tədqiqatlar ön mövqeyə çıxarılıb

Bakı, 25 fevral, Xatirə Cəfərova, foto İlqar Cəfərov, AZƏRTAC

Elmi mühitimiz üçün Prezident İlham Əliyevin ötən il noyabrın 3-də Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında dərin məzmunlu, proqram xarakterli parlaq nitqi ilə Azərbaycan elminin, AMEA-nın mükəmməl yol xəritəsi müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın illik Ümumi yığıncağında söyləyib.

Akademik vurğulayıb ki, dövlətimizin başçısının Azərbaycan dilinin təhlükəsizliyinin qorunması, daxili imkanlar hesabına zənginləşdirilməsi haqqındakı çağırışlarına cavab olaraq ana dili – dövlət dilinin əsas amil olduğu Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat institutlarında bu məsələ ön mövqeyə çıxarılıb, bir çox əhəmiyyətli tədqiqatların icrası daha da aktivləşdirilib.

Chosen
21
azertag.az

1Sources