EN

Luvr Muzeyinin direktoru istefaVERDİ

Luvr Muzeyinin direktoru Lorens de Kars istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

İstefa 2025-ci ilin oktyabr ayında baş verən böyük soyğunçuluq, təhlükəsizlik problemləri, binanın təmir məsələləri və işçilərin tətili səbəbindən baş verib.

Məlumata görə, oktyabr ayında muzeydən 88 milyon avro dəyərində zərgərlik əşyası oğurlanıb və hələ də tapılmayıb. Həmçinin Yevgeninin tacı zədələnib.

Bildirilib ki, muzeydə əmək haqqından narazılıq və pis iş şəraiti tətillərə və vaxtaşırı iş dayanmalarına səbəb olub. Fevralın ortalarında Mona Lizanın yaxınlığında boru partlayıb və sızma nəticəsində qiymətli kitablar zədələnib. Bundan əlavə, muzeyə 10 milyon avroya başa gələn bilet fırıldaqçılığı sxemi də üzə çıxıb.

Aminə ŞAHSUVARQIZI

Chosen
12
redaktor.az

1Sources