EN

Rusiyada ilk dəfə 100 km-dən artıq uçuş məsafəsinə malik idarəolunan sursat yaradılıb

“Kalaşnikov” konserni Rusiyada ilk dəfə olaraq 100 km-dən artıq uçuş məsafəsinə malik taktiki sinif idarəolunan sursat kompleksi hazırlayıb.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, KUB-10ME adlı məhsul xüsusi hərbi əməliyyat zonasında idarəolunan sursatların aktiv tətbiqi təcrübəsi nəzərə alınmaqla rekord qısa müddətdə yaradılıb.

KUB-10ME yüksək dəqiqliklə yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bu hədəflərin sırasında zirehsiz və yüngül zirehli hərbi texnikalar, zirehli transportyorlar, artilleriya, tabor və zenit-raket bölmələrinin komanda məntəqələrinin elementləri, HHM, raket əleyhinə müdafiə, radiotexniki kəşfiyyat və REM vasitələri, arxa təminat obyektləri, pilotsuz uçuş aparatlarının start mövqeləri, baza meydançalarında sığınacaqdan kənarda yerləşən təyyarə və helikopterlər yer alır.

Hərəkətdə olan hədəfləri məhv etməyə imkan verən elektro-optik tuşlama sisteminin mövcudluğu, radioelektron mübarizə və hava hücumundan müdafiə (HHM) vasitələrinə qarşı daha yüksək qorunma səviyyəsi, bortdan əldə edilən məlumatların yazılması ilə aerofotoqrafiya və videoçəkiliş sistemi yeni kompleksin əsas fərqləndirici xüsusiyyətləridir.

Yeni sursat 80-1800 metr hündürlükdə uça bilir və kreyser sürəti 120 km/saatdır. Gecə və gündüz, həm sadə, həm də mürəkkəb hava şəraitində işləyə bilən KUB-10ME, küləyin sürəti saniyədə 10 metrədək olsa belə fəaliyyətini davam etdirir. O, -30°C-dən +40°C-dək temperaturda işləmək qabiliyyətinə malikdir.

Chosen
10
poliqon.az

1Sources