Amerika nümayəndə heyəti Ukrayna ilə bağlı BMT müzakirələrində ədalətli sülhə ehtiyac barədə bəndləri çıxarmaq istəyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok iddia edib. Cabiq nazir, bunu ARD televiziya kanalında bildirib.
O qeyd edib ki, ABŞ indiyə qədər həmişə bu bəndə səs verib və ilk dəfə isə bitərəf qalıb.
Qeyd edək ki, çərşənbə axşamı Rusiya, Belarus, İran və Şimali Koreya da daxil olmaqla 12 ölkə Kiyev tərəfindən hazırlanmış sənədin əleyhinə, 107 ölkə isə lehinə səs verib. Ermənistan, Braziliya, Macarıstan, Qazaxıstan, Serbiya, ABŞ və Özbəkistan da daxil olmaqla əlli bir dövlət bitərəf qalıb. Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq, BMT Baş Assambleyasının qətnamələri hüquqi cəhətdən məcburi deyil.
Anar