ADY qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edir.
Newscenter.az quruma istinadən bildirir ki, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı, 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı, 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.
"Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq",-deyə açıqlamada bildirilir.
Süleyman