EN

Bayram günləri ilə əlaqədar bu istiqamətlərə əlavə qatar reysləri təyin edildi

Bakı.Trend:

Qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətiləölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edilir.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumatyayıb.

Bildirilir ki, 20-30 mart tarixlərində hər günBakı-Qəbələ-Bakı,19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı,23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkilolunacaq.

Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlədəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile”tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bayram günlərində Bakı–Qazax–Bakı,Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafiküzrə reyslər icra olunacaq.

Chosen
64
28
az.trend.az

10Sources