EN

“Heydər Əliyev Ensiklopediyası” hazırlanır

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında söyləyib.

“2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında elektronlaşmadan rəqəmsallaşmaya və süni intellektə keçid prosesləri reallaşıb. Rəyasət Heyətində 2023-2024-cü illərdə yaradılmış Elektron xidmətlər şöbələrinin 2025-ci ildə adlarının dəyişdirilərək Rəqəmsal elm sahəsi və süni intellekt adlandırılması həm də onların praktik elektron xidmətləri deyil, tədqiqatyönümlü funksiyaları yerinə yetirmələrinin göstəricisidir.

Həmçinin 2025-ci ildə Elektron kitabxana hərəkatının sürətləndirilməsi və ilk dəfə olaraq Elektron Arxiv proqramının həyata keçirilməsinə başlanılması ölkə rəhbərimizin qarşımıza qoyduğu vəzifələrin həlli istiqamətində gerçəkləşdirilmiş layihələrdir”, - deyə AMEA rəhbəri bildirib.

AzVision.az
Chosen
5
2
azvision.az

3Sources