Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, ölkənin Polşadakı səfiri Aleksandr Arzumanyan, iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan, Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan və başqaları daxildir.
Səfər çərçivəsində Nikol Paşinyanın polyak həmkarı Donald Tusk, Prezident Karol Navrotski və Senatın (parlamentin yuxarı palatası) sədri Malqojata Kidava-Blonska ilə görüşüb müxtəlif mövzular ətrafında danışıqlar aparacağı gözlənilir. Donald Tuskla görüşün yekununda hökumət başçılarının mətbuata bəyanatlarla çıxışı nəzərdə tutulur.
Firudin Həmidli
AzVision.az