EN

Tanınmış məşqçi karyerasını başa vurdu

Dik Advokat məşqçilik karyerasını başa vurub.

Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, bunu Advokatın köməkçisi Kor Pot deyib. İki gün öncə Kurasao milli komandasının mətbuat xidməti Dikin baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlamışdı.

O, səhhətində problem yaşayan qızının yanında olmaq üçün bu cür qərara gəldiyini bildirmişdi. Pot onunla birlikdə məşqçi karyerasını yekunlaşdırdığını söyləyib: “Ailə problemləri səbəbindən Dik dərhal karyerasına son qoydu. Mən də eyni şeyi etdim. Birlikdə başladıq və birlikdə gedirik”. 78 yaşlı Advokat 2024-cü ilin yanvar ayından Kurəsao milli komandasına rəhbərlik edirdi.

Ötən ilin noyabr ayında komanda tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Advokat “Zenit”, PSV, “AZ Alkmaar”, “Utrext”, “Feyenoord”, “Fənərbaxça”, “Reyncers” klubları, həmçinin Niderland, Belçika, Serbiya, Cənubi Koreya və İraq millilərini də çalışdırıb.

saytlarin hazirlanmasi

Chosen
11
sportal.az

1Sources