EN

KDÇ-nin formatı yenə dəyişəcək

Klublararası Dünya Çempionatının (KDÇ) formatı yenidən dəyişəcək. Artıq maraqlı qurumlar arasında bununla bağlı razılaşma əldə edilib.

"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, UEFA bir neçə il əvvəl format dəyişikliyinə görə FİFA-nı heç də az qınamamışdı. Artıq Avropanın ali futbol qurumunun rəhbərliyi FİFA-nın KDÇ-də iştirakçı sayını artırmaq planlarına mane olmayacaq.

“The Guardian” qəzetinin yaydığı xəbərə görə, yaxın gələcəkdə turnirdə iştirak edəcək komandaların sayı 32-dən 48-ə çatdırılacaq. UEFA-nın əsas narahatlığı yarışın keçirilmə tezliyi ilə bağlı olsa da, tərəflər artıq bununla bağlı razılığa gəliblər: klubların mundialı hər 2 ildən bir deyil, 4 ildən bir təşkil olunacaq.

FİFA və UEFA-nın rəhbərləri Canni İnfantino ilə Aleksander Çeferin arasında münasibətlərin yaxşılaşması bu razılaşmanın əldə olunmasında mühüm rol oynayıb. Genişlənmənin Avropa klubları üçün də sərfəli olduğu bildirilir.

Belə ki, bu qitəni təmsil edən komandaların sayı 12-dən 16-ya yüksələ bilər.

Qeyd edək ki, 2029-cu ildə keçiriləcək növbəti turnirə böyük ehtimalla İspaniya və Mərakeş şərikli evsahibliyi edəcəklər. Ötən il ABŞ-də baş tutan KDÇ-də “Çelsi”nin çempion olduğunu xatırladaq.

Chosen
32
football-plus.az

1Sources