Şirvanda yanıq xəsarətləri alaraq komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs ölüb.
Herbiand.az -ın məlumatına görə, fevralın 23-də səhər saatlarında Şirvan sakini, 1977-ci il təvəllüdlü Abdullayev Məhərrəm Elyas oğlu bədənin termik yanığı xəsarətləri ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan pasiyent sonradan paytaxtda yerləşən xəstəxanaya təxliyə edilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.