Bun gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Metbuat.az xəbər verir ki, Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb. Qafqazinfo-nun yazdığına görə, maraqlı məqam isə iclas zamanı zaldakı sükut olub. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkib. İclas zalından paylaşılan şəkillər müzakirələrə səbəb olub. Metbuat.az-ın araşdırması zamanı məlum olub ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri arasında yaşı 90-ı ötən, hətta 100-ü haqlayan alimlər də var. AMEA-nın həqiqi üzvü olan qocaman alimlərin bəzilərinin doğum tarixlərini təqdim edirik: Akademik Eldarov Ömər Həsən oğlu - 99 yaş Akademik Əliyev Seyfəddin Vəli oğlu - 96 yaş Akademik Salmanov Məmməd Əhəd oğlu - 94 yaş Akademik Əlizadə Akif Ağa Mehdi oğlu - 92 yaş Akademik Əliyev Telman Abbas oğlu - 91 yaş Akademik Babayev Məhərrəm Pirverdi oğlu - 89 yaş Akademik Məmmədov Pərviz Ziya oğlu – 89 yaş Akademik Səfərova Zemfira Yusif qızı - 89 yaş Akademik Babazadə Vasif Məmməd Ağa oğlu - 88 yaş Akademik Mehdiyev Ramiz Ənvər oğlu - 88 yaş Akademik Fərzəliyev Vaqif Məcid oğlu - 87 yaş Akademik Cəfərov Təyyar Cümşüd oğlu - 87 yaş Akademik Mahmudov Yaqub Mikayıl oğlu - 87 yaş Aakdemik Rizayev Ramiz Həsən Qulu oğlu - 87 yaş Akademik Abdinov Cavad Şahvələd oğlu - 86 yaş Akademik Əliyev Ağadadaş Mahmud oğlu - 86 yaş
Səbinə Hüseynzadə / Metbuat.az