EN

Ramazan və bahalı menyular: İnsanlara yanlış mesaj verilir

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hər il olduğu kimi, bu il də paytaxtın məşhur restoranlarında yüksək qiymətə Ramazan menyuları təqdim olunur.

Restoranlarda iftar menyularının qiymətləri 80–120 manat arasında dəyişir.

Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan restoranlardakı bahalı menyulara diqqət çəkərək bildirib ki, Ramazan ayında bu cür davranışlar sosial bərabərliyə ziddir:

“Məsələn, 90–100 manatlıq menyuları insanlara təqdim etməklə onları yanlış yola yönləndirmiş olurlar. Ramazan ayı sosial bərabərliyin ayıdır, ayrı-seçkilik ayı deyil. Bu halda, bir tərəfdən bahalı menyular təqdim edilir, digər tərəfdən isə cörək üçün pul tapa bilməyən insanlar var.

Belə yerlərdə israfçılıqla oruc açanların özləri də şübhəlidir. Bahalı yeməkləri iftar adı ilə təqdim edən şəxslər ya dindən bixəbərdir, ya da bilərəkdən maddi qazanc naminə dini dəyərlərə xəyanət etmiş olurlar”.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
icma.az

1Sources