EN

Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanıldı

Bakı.Trend:

Özünü ölkə ərazisində yayımlanan televiziya kanallarındanbirinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə vəobyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlərəsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhəri ərazisindəsaxlanılıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, araşdırmalarla müəyyən olunub ki, o, müəssisə vətəşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onlarınişgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib,həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmamasımüqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar vədigər tədbirlər davam etdirilir.

Chosen
16
27
az.trend.az

10Sources