EN

Allahquliyevdən yubiley matçında yubiley qolu

Sabir Allahquliyev “Qaradağ Lökbatan”ın heyətində 70-ci qolunu vurub. 

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bu, II Liqanın XV turuna təsadüf edib. 37 yaşlı hücumçu “Xankəndi” ilə görüşdə (1:2) hesabı açıb.

Lökbatan təmsilçisində 2013/14 mövsümündə debüt edən Sabir 70-ci qolunu 150-ci oyununda vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir. Allahquliyev I Liqada 60 (128 oyunda), II Liqada 5 (14 oyunda), ölkə kubokunda 5 (8 oyunda) dəfə “Qaradağ Lökbatan” forması ilə fərqlənib.

 Qeyd edək ki, Sabir lökbatanlıların heyətində 2021/22 mövsümündə 22 qolla I Liqanın bombardiri adını qazanıb.

Chosen
22
3
fanat.az

6Sources