EN

Siqaret çəkməyənlər də ağciyər xərçəngi olur? İlginc mübahisə

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Onkoloq Anar Məmmədovun siqaretlə bağlı fikirləri sosial mediada müzakirə obyekti olub. Mütəxəssis bildirib ki, fəaliyyəti dövründə siqaret çəkməyən şəxsdə ağciyər xərçənginə rast gəlməyib. Sosial şəbəkə istifadəçiləri isə bu fikrə etiraz edərək, əksinə, siqaret çəkməyənlərdə xərçəng və infarkt hallarının tez-tez baş verdiyini deyirlər. Hətta siqaret çəkənlərin daha sağlam ömür yaşadığını iddia edənlər də var.

Bu təzad nədən irəli gəlir? Reallıq necədir? 

Globalinfo.az-a danışan həkim-onkoloq, tibb üzrə fəlsəfə doktoru Nəsimi Qasımov deyib ki, ağciyər xərçənginin əsas və ən mühüm səbəbi siqaret çəkməkdir:

“Son statistik məlumatlara görə, dünyada bu xəstəliyə yoluxanların sayı təxminən 2,5 milyon, ölüm halları isə 1,8 milyon təşkil edir. Bu göstəricilərlə ağciyər xərçəngi bədxassəli şişlər arasında birinci yerdədir. Xəstəliyin yaranmasının başlıca səbəbi ətraf mühitin kanserogen maddələrlə çirklənməsidir. Bu amillər arasında tütünçəkmə əsas rol oynayır. Təkcə aktiv deyil, passiv siqaret çəkmənin də ciddi təhlükə yaratdığı sübut olunub. Məhz bu səbəbdən qapalı məkanlarda siqaret çəkmək qadağan edilib. Təzadın səbəbi fərdi müşahidə ilə elmi statistikanın, emosional yanaşmayla tibbi faktların qarışdırılmasıdır. Tibbi baxımdan isə siqaret həm xərçəng, həm də ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarından biri olaraq qalır”.

Nəsimi Qasımov

Onkoloq bildirib ki, ağciyər xərçənginin erkən mərhələdə aşkarlanması çətindir:

“Bu səbəbdən müasir müalicə imkanlarının effektivliyi də məhdudlaşır. Ona görə profilaktik müayinələrin aparılması xüsusi əhəmiyyət daşıyır. Xəstəlikdən qorunmaq üçün zərərli vərdişlərdən uzaq durmaq, sağlam və aktiv həyat tərzi keçirmək vacibdir”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
globalinfo.az

1Sources